DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı

DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
SOSİAL
13:18 19.11.2026
393
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Məleykə Abbaszadənin vəzifədən ayrılmasından sonra Dövlət İmtahan Mərkəzinin yeni rəhbərinin kim olacağı və qurumda hansı dəyişikliklərin həyata keçiriləcəyi maraq doğurur. Xüsusilə, qəbul imtahanlarının mövcud modeli, fənlərin sayı və abituriyentlərin dərs yükü ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, növbəti dövr üçün Bakı Dövlət Universitetində daha çox inkişaf və tərəqqi görəcəyimizi düşünür:

"Paralel olaraq, Dövlət İmtahan Mərkəzinə kimin rəhbərlik edəcəyi və hansı dəyişikliklərin həyata keçiriləcəyi də sual altındadır. Düşünürəm ki, yeni rəhbərlik təklifləri nəzərə alaraq, ilk növbədə, imtahan modelini dəyişməlidir. Belə ki, qəbul imtahanlarında 6-7 fənn əvəzinə, ən azı 2-3 fənn üzrə imtahan keçirilməlidir. Şagirdlərin dərs yükü azaldılmalıdır. Yaxşı olardı ki, onlar təhsil müəssisəsini bitirərkən birbaşa imtahan verərək ali məktəbə qəbul ola bilsinlər”.


Ekspert əlavə edib ki, yeni sədrin kim olacağı hələ məlum deyil, sadəcə, namizədlər var:

"Təhsil ictimaiyyəti olaraq, prosesdə iştirakını və məhz bu vəzifəyə təyin olunmasını arzuladığımız şəxslər mövcuddur. Bunlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, eləcə də Naxçıvanın keçmiş təhsil naziri Elxan Nəcəfov ola bilər. Yəni namizəd kimi nəzərdən keçirdiyimiz müxtəlif şəxslər var. Amma təbii ki, müvafiq vəzifəyə kimin təyin olunacağına aidiyyəti üzrə cənab Prezident qərar verəcək. Yeni rəhbər mütləq müvafiq islahatlar həyata keçirməlidir ki, qəbul prosesi sadələşsin, şagird və abituriyentlərin əzbərçiliyə deyil, öyrənməyə marağı artsın”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır"
13:39 19.11.2026
"Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır"
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi
13:37 19.11.2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi
Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq: Qəfil dayandırmaq risklidir
13:35 19.11.2026
Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq: Qəfil dayandırmaq risklidir
92 yaşlı rektor da var, 35 ildir vəzifədə olan da –   Universitet rektorlarının YAŞLARI
13:28 19.11.2026
92 yaşlı rektor da var, 35 ildir vəzifədə olan da – Universitet rektorlarının YAŞLARI
DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
13:18 19.11.2026
DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ
13:07 19.11.2026
Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ
Dünyanın dini xəritəsi dəyişir: İslam xristianlığı geridə qoyacaq
13:06 19.11.2026
Dünyanın dini xəritəsi dəyişir: İslam xristianlığı geridə qoyacaq
Bu müəllimlərin diqqətinə - 5 gün vaxt verildi
12:59 19.11.2026
Bu müəllimlərin diqqətinə - 5 gün vaxt verildi
“Franui” məhsulları ilə bağlı həyəcan: Azərbaycana gətirilən partiya məhv edildi - FOTOLAR
12:49 19.11.2026
“Franui” məhsulları ilə bağlı həyəcan: Azərbaycana gətirilən partiya məhv edildi - FOTOLAR
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb
12:46 19.11.2026
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
12:23 19.11.2026
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
Azərbaycanda dərmanlar ucuzlaşacaq
12:13 19.11.2026
Azərbaycanda dərmanlar ucuzlaşacaq
Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?
12:03 19.11.2026
Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
11:50 19.11.2026
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
11:22 19.11.2026
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?
11:16 19.11.2026
Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?