DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı - VİDEO

DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı - VİDEO
KRİMİNAL
13:10 15.02.2021
733
Daxili İşlər Nazirliyi (DİN) Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yayıb.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməyən avtomobil tərəfindən vurulub.

Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının qısa zamanda "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi "Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İdarənin əməkdaşları tərəfindən həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş vətəndaş Ramiz Ağaverdiyev Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 2 qramdan artıq narkotik vasitə heroin aşkar edilib.

Sorğu zamanı R.Ağaverdiyev yaşadığı evin yaxınlığında ona məxsus külli miqdarda heroin gizlətdiyini bildirib.

Qeyd edilən ünvana baxış zamanı oradan ümumi çəkisi 2 kiloqramdan artıq olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, R.Ağavediyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə vasitəçilik edib. R.Ağavediyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Qeyd edilən sonuncu faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Ağaverdiyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”