DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb
SOSİAL
12:43 15.11.2019
7492
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
 
DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM verilən məlumata görə, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR