DİN Biləsuvarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi haqda açıqlama verib

DİN Biləsuvarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi haqda açıqlama verib
HADİSƏ
10:58 07.12.2025
123
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb.
 
Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR