Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb.
Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.










































