DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO

DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO
SOSİAL
21:10 28.01.2022
789
Salyan rayon sakini itkin düşüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Müslüm Xəlilovun əlamətləri - boyu 174 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qaradır".

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
 

 


OXŞAR XƏBƏRLƏR