DİN bu şəxslərlə bağlı daha bir məlumat yaydı - VİDEO

DİN bu şəxslərlə bağlı daha bir məlumat yaydı - VİDEO
SOSİAL
13:39 21.03.2022
274
Daxili İşlər Nazirliyi (DİN) Bakı və Abşeronda qadın sürücülərə qarşı quldurluq edən şəxslərlə bağlı daha bir məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda deyilir:

"Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng Mərkəzinə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi "Toyota” markalı avtomobilə oturan bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanııb.

Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi "Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yerləşən qəsəbələrdən evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olumuş Abşeron rayon sakini Əhməd Sevdimov tutularaq istintaqa təqdim edilib. Bu şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib. Əhməd Sevdimov evlərdən əsasən qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in "102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb