DİN “Dəmirçi Plaza”dakı qətllə bağlı məlumat yaydı

DİN “Dəmirçi Plaza”dakı qətllə bağlı məlumat yaydı
SOSİAL
12:12 09.01.2017
873

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT” markalı tüfəng götürülüb.

 

OXŞAR XƏBƏRLƏR