DİN-dən Anar Məmmədovun işçisinin qətlilə bağlı- AÇIQLAMA

KRİMİNAL
14:18 12.07.2014
3331

 Daxili İşlər Nazirliyi (DİN) “Qarant Sığorta”nın İdarə Heyətinin xanım üzvünün ölümü ilə bağlı məlumat yayıb. 

AZXEBER.COM-un xəbərinə görə, DİN-in saytında yer almış məlumatla bildirilir ki, iyulun 11-də Nəsimi rayonu ərazisində Natəvan Əliyevanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evində tapılıb. “Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır” – deyə, DİN-in məlumatında qeyd edilib.

Qeyd edək ki, “Qarant Sığorta” "”Qarant Holdinq”ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

OXŞAR XƏBƏRLƏR