DİN-dən MTRŞ-nın hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat

DİN-dən  MTRŞ-nın hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat
SOSİAL
13:02 05.06.2017
1133
Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi "Harley-Devidson" markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi "QAZel" markalı avtomobilə vurub, nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR