DİN-dən müxalifət nümayəndələrinin iddialarına RƏSMİ CAVAB

DİN-dən müxalifət nümayəndələrinin iddialarına RƏSMİ CAVAB
SOSİAL
23:33 10.04.2020
1347
"Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə polisin respublikada tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrini guya təqib etməsi, barələrində qanunsuz olaraq hüquqi məsuliyyət tədbirləri görməsinə dair məlumatlar yayılır”. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, obyektivlikdən kənar olan həmin iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil:

"Xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət həvalə edilmiş polis, müvafiq sahədə üzərinə düşən vəzifələrlə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin təmini kimi gündəlik funksiyalarının icrasını da həyata keçirir.

Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan, polis, ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5.200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib. Virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir. Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır. Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunmuş, 154 nəfər inzibati qaydada həbs edilmiş, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülmüşdür. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb.

Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir. Son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılmış, 1860 nəfər məsuliyyətə cəlb edilmiş, axtarışda olan   485 şəxs tutulmuş, 106 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.

Müxalifət nümayəndələrinin təqib edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq, cinayət yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.

Polisin həyata keçirdiyi tədbirlər isə – məhz cəmiyyətin dinc həyatının, hər bir vətəndaşın sağlamlığının, hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasına xidmət edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı