Şuşada yol qəzası oldu: Sürücü öldü

Şuşada yol qəzası oldu: Sürücü öldü
SOSİAL
10:55 02.12.2022
203
Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan "Mercedes” markalı avtomobil aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR