DİN-dən vətəndaşlara vacib müraciət - “Bunları etməyin!”

DİN-dən vətəndaşlara vacib müraciət - “Bunları etməyin!”
SOSİAL
12:28 25.11.2023
243
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə bildirilir:

"Kimsə sizə "bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı "bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə "kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin!
Kimsə sizə "onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"
OXŞAR XƏBƏRLƏR