DİN əməkdaşlarının maaşı artırıldı - Sərəncam

DİN əməkdaşlarının maaşı artırıldı - Sərəncam
SOSİAL
20:38 18.06.2019
6064
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, sərəncamla DİN-in  xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə DİN-in Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR