DİN əməliyyat keçirdi: 48 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

DİN əməliyyat keçirdi: 48 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı
KRİMİNAL
17:59 18.02.2021
724
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun üzərinə baxış zamanı 15 qrama yaxın güclü təsirə malik narkotik vasitə olan heroin aşkar edilib. 

Əməliyyat tədbirlərinin davamı olaraq Bəhruz Sərdarovun Yasamal rayonundakı evinə baxış zamanı oradan 12 kiloqram heroin, bir kiloqram 645 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni paytaxt ərazisində yaşayan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.  Baş İdarə əməkdaşları dərhal "isti” izlərlə adı çəkilən şəxsin axtarışlarına başlayıblar. Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa zamanda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən bir kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, dörd kiloqram 500 qram metamfetamin, bir kiloqram tiryək və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan tanışının vasitəsi ilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.

Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən son əməliyyat nəticəsində qanunsuz  yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”