DİN iki tələbənin ölümü ilə bağlı MƏLUMAT YAYDI

DİN iki tələbənin ölümü ilə bağlı MƏLUMAT YAYDI
SOSİAL
13:05 29.10.2019
4350
Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi "Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR