DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”
SOSİAL
15:58 31.10.2022
234
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə İmişli rayon sakininin səsləndirdiyi iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun AZXEBER.COM-a verdiyi məlumata görə, vətəndaş Hüseyn Həsənovun görüntülərdə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

"İmişli rayon sakinləri - İldırım və Mansur Balakişiyevlər barəsində cari ilin sentyabr ayında Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar aparılıb və onlar barəsində toplanılan materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilib.

Lakin aparılan araşdırmalar müddətində, Hüseyn Həsənov xalası oğlu Əbülfət Əsgərovun etibarından istifadə edərək sonuncunun qohumları - İldırım və Mansur Balakişiyevlər barəsində aparılan araşdırmalara təsir göstərəcəyi və müsbət həll edəcəyi barədə yalan vədlər verib. O, Əbülfət Əsgərovun 3 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hüseyn Həsənov tərəfindən aldadıldığını başa düşən Əbülfət Əsgərov bir müddət sonra bu barədə İmişli Rayon Polis Şöbəsinə müraciət edib. Daxil olan müraciətlə əlaqədar araşdırmalar aparılıb, toplanan materiallarda Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsinin tərkib əlamətləri olduğundan Hüseyn Həsənov barəsində qeyd edilən maddəyə əsasən cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkədə İmişli rayon sakini H.Həsənov Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisinin cinayət törədən şəxsləri sərbəst buraxdığını iddia edib. Onun iddiasına görə, sərbəst buraxılan şəxslərin qohumu Əbülfət Əsgərov da ondan 3 500 manat pul tələb edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib