DİN-in yüksək rütbəli polkovniki Bakıda qəzaya düşdü

DİN-in yüksək rütbəli polkovniki Bakıda qəzaya düşdü
SOSİAL
10:36 24.04.2017
9917
Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.
Hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin "Hundai” markalı xidməti avtomobili "Mercedes” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.
///Report
OXŞAR XƏBƏRLƏR