DİN jurnalistlərə müraciət etdi

DİN jurnalistlərə müraciət etdi
SOSİAL
12:53 15.12.2021
194
"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Bunu AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".
 

 



OXŞAR XƏBƏRLƏR