DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı

DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı
SOSİAL
19:03 27.03.2020
4069
Respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən "qaynar xətt” telefon xidməti yaradılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

"Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz", - məlumatda deyilir. 
OXŞAR XƏBƏRLƏR