DİN: “Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”

DİN: “Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”
SOSİAL
13:15 18.04.2022
559

"Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial media hesabında yazıb.

 

O bildirib ki, sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar:

"Baxmayaraq ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, ancaq qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan normadır.

Ölkəmizdə qüvvədə olan karantin rejimi qaydalarına uyğun olaraq, polis tərəfindən fasiləsiz nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərə hələ də etinasız yanaşan şəxslər var. Ancaq nəzərə alsaq ki, polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmamışdır, bu istiqamətdə fəaliyyət daha çox maariflənməyə yönəldilib.

Ətrafa baxaq, qapalı məkanlarda nə qədər tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var. Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir”.

"Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”, - DİN rəsmisi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi