DİN: Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb

DİN: Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb
SOSİAL
19:16 11.12.2021
214
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR