‘Din xadimini şou proqramına dəvət edib orada dindən danışmaq anormallıqdır’ – Komitə sədri

‘Din xadimini şou proqramına dəvət edib orada dindən danışmaq anormallıqdır’ –  Komitə sədri
SİYASƏT
03:32 12.07.2015
2289

"Ramazan ayında televiziyalarda dini mövzuda verilişlər verilsə, ən çox elə həmin verilişlərə baxılacaq. Biz ateist dövlət deyilik, dünyəvi dövlətik. Dünyəvi dövlət olduğuna görə dinimizə böyük hörmətlə yanaşırıq".

Bunu "Trend"ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Komitə sədrinin fikrincə, bu məsələdə televiziyaların əl-qolunu kimsə bağlamır:“Onlar istədiyi din xadimini televiziyaya dəvət edə bilərlər. Məsələn, akademik Vasim Məmmədəliyevin verilişinə insanlar məmnuniyyətlə baxırlar. Çünki o bu sahədə patriarxdır. Televiziyalar din xadimlərini efirə dəvət edə bilərlər. Amma din xadimini şou proqramına dəvət edib orada dindən danışmaq anormallıqdır. Belə verilişə kimsə baxmayacaq”.

M.Qurbanlı bildirib ki, şou proqramlarla reytinq dalınca qaçan televiziyalar bu ərəfələrdə İslam dini, Ramazan ayı ilə bağlı verilişlər hazırlasaydılar, daha çox reytinq qazanardılar:“Ramazan ayı ilə bağlı özəl televiziyalar elə proqramlar hazırlaya bilərdilər ki, insanlar onlara saatlarla baxardı. Belə verilişlər olmadığından indi Azərbaycan tamaşaçısı əksər hallarda xarici televiziyalara, daha çox isə Türkiyə telekanallarına baxır. Əgər bizim televiziyaların proqramlarını araşdırsalar görərdilər ki, Ramazan ayında onlara baxan yoxdur. Çünki insanlar indi məhz dini mövzuda məsələləri dinləmək, maariflənmək istəyirlər. Bu heç də o demək deyil, o həmin verilişə baxandan sonra hansısa radikal cərəyanın təsiri altına düşəcək. Əsl İslamı dinləyəndə o, heç kimin təsiri altına düşməyəcək. Düşünürəm ki, televiziyaların bu yöndə imkanları var idi. Bundan istifadə edəndə, etməyən də özü bilər…”

M.Qurbanlının fikrincə, ümumiyyətlə kütləvi informasiya vasitələri cəmiyyətə nəyi təbliğ və təşviq etmələrinə ciddi yanaşmalıdırlar:“Hazırda təkcə Azərbaycanda yox, digər ölkələrin telekanalları da böhran yaşayır. Bunun nəticəsində ictimai rəy nəzərə alınmadan yalnız merkantil iqtisadi maraqlar üzə çıxır və daha çox baxılması istənilən verilişlərə üstünlük verilir. Buna da şou deyilir. Fərqi yoxdur, realiti, şoular, uydurma proqramlar düzəldilir. Vaxtilə qəzetlər də “qanuni oğrular”, “avtoritetlər” barədə çox yazırdılar. Sual olunur, bununla sən nəyi təbliğ edirsən? Belə çıxır ki, sən oğurluğu təbliğ edirsən. Axı belə olmaz. Bəzən deyirlər ki, buna cəmiyyətdə tələbat var. İndi tələbat var deyə, sən pornoqrafiyanı təşviq etməlisən? Hannibalizmə tələbat varsa, onu təbliğ etməlisən? Əksinə, son onun qarşısını almaqla məşğul olmalısan. Cəmiyyət maye kimidir. Onu hara yönəltsən, o istiqamətə axacaq, hansı qaba töksən, o formanı alacaq. Zövqləri mühit müəyyənləşdirir. Çünki ətraf mühit, insanlar, toplum zövqə çox təsir edir. Ona görə də bu məsələdə çox ehtiyatlı olmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı