"Dinamo" Bakıya 22 futbolçu ilə gəlib - SİYAHI

"Dinamo" Bakıya 22 futbolçu ilə gəlib - SİYAHI
İDMAN
20:30 13.07.2021
1166
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Neftçi" ilə qarşılaşacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu Bakıya 22 futbolçu ilə gəlib.

Bunların üçü qapıçı, yeddisi müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: Roin Kvasxvadze, Omar Migineişvili, Luka Kutalaze

Müdafiəçilər: Davit Kobouri, Nodar İaşvili, Levan Xarabadze, Saba Xvadagiani, Simon Benio, Fabian Sportsklede, Sandro Kalandadze

Yarımmüdafiəçilər: Georgi Papava, Georgi Kutsiya, Anzor Mekvabişvili, Nodar Kavtaradze, Tornike Morçiladze, Bakar Kardava, Barns Osey, Georgi Çxetiani, Milan Radin

Hücumçular: Georgi Qabedava, Zoran Maruşiç, Tornike Axvlediani

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR