“Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı

“Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı
İDMAN
17:59 24.07.2026
297
"Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo”su ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

AZXEBER.COM UEFA-ya istinadən xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

Qeyd edək ki, "Dinamo” - "Neftçi” matçı iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe” stadionunda keçiriləcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR