"Dinamo Zaqreb" - "Qarabağ" matçı - Saat neçədə, hansı telekanalda?

İDMAN
15:44 20.08.2024
334
Bu gün "Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Zaqreb "Dinamo”su (Xorvatiya) ilə qarşılaşacaq.

Oyuna maraq olduqca yüksəkdir.

Matçı dünyanın aparıcı telekanalları yayımlayacaq.
 
Belə ki, qarşılaşmanı 39 TV-də canlı efirə gedəcək.

Yayımçı kanallar arasında Almaniya, Bolqarıstan, Belçika, Portuqaliya, Türkiyə, Macarıstan, Sloveniya və s. kimi ölkələrin TV-ləri var.

Bu gün saat 23:00-da start götürəcək qarşılaşma ölkəmizdə "CBC Sport”-da, Türkiyədə isə TRT-də yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR