Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətindəki Halbern qəsəbəsində yerləşən kilsənin keşişi cinsini dəyişib.
5 min sakini olan qəsəbənin protestant keşişiHasn Gerd Şpörkelcərrahiyyə əməliyyatından sonra qadın olub. İki il əvvəl cinsini dəyişmək fikrinə düşən Şpörkel bu barədə kilsəyə ibadətə gələnlərə açıqlama vermişdi. "Əvvəlcə narazılıqla qarşıladılar, amma sonra qərarıma sayğı bəslədiklərini dedilər. Cinsiyyətimin tam dəyişməsi əməliyyatından sonra iki il ərzində insanlar mənə tam alışdılar. Hər şey normaldır", - əvvəl kişi, indi isə qadın olan keşiş deyib. Keşişin adı indiElke-Miriamdır. İllərdən bəri özünü "yanlış vücudda" hiss etdiyini vurğulayan Şpörkel vurğulayıb: "Psixoloji durumum pozulmuş, depressiyaya düşmüşdüm. Müalicə zamanı cinsiyyətimi dəyişmək fikrim daha da qətiləşdi. İndi özümü əla hiss edirəm. Dindarlara daha çox yardım edə biləcəyimi düşünürəm". Keşişin cinsiyyət dəyişdirməsinə Reyn Kilsələr Birliyi dədəstək verib. Katolisizmdən fərqli olaraq, protestantizmdə qadınlar da keşiş ola bilərlər. (milli.az)