Qalmaqallı repçi Hüseyn Dərya hədə-qorxu dolu zənglərə məruz qaldığını iddia edir. Repçinin prodüseri Asiman Baxşəliyev açıqlamasında repçinin “Olum, ya ölüm” klipindən dolayı ona gizli nömrədən zəng edərək ölümlə hədələdiklərini deyib:“Özlərini dindar kimi qələmə verən, amma İslamdan xəbəri olmayan insanlardır bunlar. Bu klipdə qəbahət bir şey olmadığı üçün o söhbətləri boş saymışıq. Onlar deyirlər ki, klipi YouTube-dan yığışdır. Əks təqdirdə səni öldürəcəyik. İnternet portallarda klipi yerləşdirmişik, çünki heç kimdən qorxub çəkinmirik”.A.Baxşəliyev H.Dəryanın məsələ ilə bağlı şikayətçi olmayacağını da deyib: “Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətimiz yoxdur. Biz bir-iki qeyri-ciddi adama görə kimsəni narahat etmək istəmirik, çünki onlardan qorxmuruq”.