Dini ayin, şüar və bayraqlarla bağlı qaydalar sərtləşdirilir - Milli Məclisin qərarı

Dini ayin, şüar və bayraqlarla bağlı qaydalar sərtləşdirilir -  Milli Məclisin qərarı
SİYASƏT
11:52 02.12.2015
1737
Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir.Məlumata görə, bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.Dəyişiklik təklifinə əsasən qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq. Qüvvədə olan qanuna əsasən indiyə qədər islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilərdi. Dəyişikliyə əsasən isə islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağandır.Qanunun 21-ci maddəsinə yeni bir əlavə də ediləcək. Bu əlavəyə əsasən ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü