Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar

Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
MANŞET
13:50 22.07.2026
173
Ötən gün "Bioloji Təbabət” klinikasının qarşısında baş verən hadisə özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib.

Belə ki, Baku TV-nin çəkiliş qrupunun klinika rəhbəri tərəfindən hücuma məruz qaldığı, jurnalistlərə fiziki zor tətbiq edildiyi, çəkiliş avadanlığının zədələndiyi və operatorun xəsarət aldığı bildirilir.

Qeyd edək ki, son illər ölkədə özəl klinikalarla bağlı qalmaqallı hadisələrin sayı artıb. Müxtəlif tibb müəssisələrində qeydə alınan pasiyent ölümləri, uğursuz estetik əməliyyatlar, tibbi səhlənkarlıq iddiaları, etik normaların pozulması və digər hüquqi mübahisələr cəmiyyətdə geniş rezonans doğurub.

Bir tərəfdən özəl səhiyyə sektorunun inkişafı tibbi xidmətlərə əlçatanlığı artırsa da, digər tərəfdən vaxtaşırı gündəmə gələn bu cür hadisələr xidmət keyfiyyəti, həkim məsuliyyəti və dövlət nəzarətinin effektivliyi ilə bağlı sualları yenidən aktuallaşdırır.

AZXEBER.COM son illərdə ölkə gündəmində ən çox rezonans doğuran özəl klinika qalmaqallarını təqdim edir.

İki gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Vital Hospital”da ölü doğulan körpənin meyitinin zirzəmiyə atıldığı iddiası sosial şəbəkələrdə böyük rezonans yaradıb. Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırmaya başlanıldığını və hüquq-mühafizə orqanlarının məlumatlandırıldığını açıqlayıb. Hazırda araşdırma davam edir.

Son günlər geniş müzakirə olunan digər hadisə fəaliyyəti dayandırılmış "UĞUR-777” estetik mərkəzi ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdə Gülbadə Abdullayevanın bir qadına qeyri-tibbi şəraitdə liposaksiya əməliyyatı etdiyi iddia olunur. Məlumatlara görə, əməliyyat əvvəlcədən tibbi müayinə aparılmadan həyata keçirilib. Qeyd edək ki, Gülbadə Abdullayevanın adı qanunsuz fəaliyyətlə bağlı iddialar səbəbindən daha əvvəl də dəfələrlə medianın gündəminə gəlib.

Bir müddət əvvəl isə "Yeni Klinika”da həyata keçirilən cərrahiyyə əməliyyatı pasiyentin ölümü ilə nəticələnmişdi. İş üzrə təqsirləndirilən həkim Sevinc Məmmədova məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin onun barəsində elektron nəzarət vasitəsinin tətbiqinə qərar verilib.

Qeyd edək ki, bu, "Yeni Klinika” ilə bağlı ictimai narazılıq doğuran yeganə hadisə olmayıb. Belə ki, klinikanın növbə sistemində yaranan problemlə bağlı yayılan görüntülərdə pasiyentin vəziyyətinin pisləşdiyi əks olunmuşdu. TƏBİB qadının dərhal müayinədən keçirildiyini və həyati təhlükəsinin olmadığını açıqlasa da, növbə sistemində yaranan problemin səbəbi barədə ətraflı məlumat verməmişdi.

"Baku Medical Plaza” ilə bağlı geniş müzakirələrə səbəb olan hadisələrdən biri də 5 aylıq körpənin ölümü idi. Ailə klinikanın əvvəlcə 2 500, daha sonra isə əlavə 10 min manat ödəniş tələb etdiyini iddia etmişdi. Klinikadan məsələ ilə bağlı izahat verilmiş, hadisə uzun müddət ictimai müzakirə mövzusu olmuşdu.
Sumqayıtda fəaliyyət göstərən "Real” Tibb Mərkəzi də pasiyent şikayəti ilə gündəmə gəlmişdi. İddiaya görə, mərkəzin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

İctimai müzakirələrə səbəb olan digər hadisələrdən biri isə "Premium” Klinikası ilə bağlı idi. Xəstə yaxınlarından gecələməyə görə ödəniş alınması narazılıq doğurmuşdu. Klinikadan bunun göstərilən xidmətə görə qanuni ödəniş olduğu bildirilib. Səhiyyə Nazirliyi isə özəl tibb müəssisələrinin bu kimi xidmət haqlarını qanunvericiliyə uyğun olaraq müstəqil müəyyən etdiyini açıqlayıb.

Son illərdə baş verən bu və digər hadisələr özəl səhiyyə sektorunda nəzarət mexanizmlərinin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyent hüquqlarının daha effektiv qorunması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bir çox hallarda araşdırmalar davam etsə də, cəmiyyət bu kimi hadisələrin təkrarlanmaması üçün daha ciddi nəzarət və şəffaflıq tələb edir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?