“Diqlas” yanğını - Bu günədək 57 sahibkar maliyyə yardımı alıb

“Diqlas” yanğını - Bu günədək 57 sahibkar maliyyə yardımı alıb
SOSİAL
17:59 05.04.2019
8890
Bu günədək "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 57 sahibkar maliyyə yardımı alıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Nazir bildirib ki, bu sahibkarlara 570 min manat məbləğində maliyyə yardımı ödənilib.

Ötən həftə isə ümumilikdə 441 sahibkarla görüş keçirilib, daha 90 sahibkar bu gün müraciət edib.
OXŞAR XƏBƏRLƏR