Diqqət! Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

MARAQLI
10:18 19.01.2011
2019
Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 53,1%-i şəhərlərdə, 46,9%-i kənd yerlərində yaşayır. Əhalinin 49,5%-ini kişilər, 50,5%-ini isə qadınlar təşkil edir. “Hazırda hər 1000 kişiyə 1041 qadın düşür”, - deyə məlumatda vurğulanıb.

Məlumata görə, Azərbaycan əhalisinin 23%-ni yetkinlik yaşına çatmayan (14 yaşa qədər), 71%-ni 15-64 yaşlı, 6%-ni 65 yaşdan yuxarı şəxslər təşkil edir. 14-29 yaş arasında olan gənclər respublika əhalisinin 31,4%-ni təşkil edirlər.

Doğum zamanı gözlənilən həyat davamlılığı 73,5 il, o cümlədən kişilərdə 70,9, qadınlarda 76,1 il təşkil edir.

2010-cu ildə Azərbaycanda 165,6 min körpə doğulub ki, bu da son 16 ildə ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda 1670 əkiz, 48 üçəm doğulub. Ötən il yeni doğulmuş körpələrin valideynləri uşaqlarına əsasən Əli, Murad, Məhəmməd, Hüseyn, Nihad, eləcə də Fatimə, Nərmin, Fidan, Zöhrə adlarını veriblər. “Hazırda Azərbaycanda nəsilvermə qabiliyyətinə malik hər qadına 2,3 körpə düşür və bununla ölkə əhalisinin reproduktivliyi təmin olunur”, - deyə komitədən vurğulanıb.

2010-cu ildə 53,6 min ölüm hadisəsi qeydə alınıb. 2009-cu illə müqayisədə 2010-cu ildə ölüm halları hər 1000 nəfərə 5,9-dan 6,0-dək artıb.

OXŞAR XƏBƏRLƏR