Diqqət! Sevənlər daha ayrılmayacaq

MARAQLI
20:32 26.11.2010
2563

 

Bu xidmət məqbul əvəzlər qarşılığında küsülüləri barışdırır. Xidmət sayəsində sevdiyin, ancaq yaxın günlərdə dalaşdığın, yoldaşlıq etdiyin, lakin səhvən üzdüyün hər hansı biriylə barışma imkanınız var.

"Üzr istəmə xidməti"ndə işləyən Alyona: "Üzr istəməyə gəlincə insanlar bitərəf davranar. Bu vəziyyətdə köməyə ehtiyacları var. Məncə insanların arasını düzəltmək, barışmalarını təmin etmək çox gözəl bir düşüncədir." deyir.

"Üzr istəyərəm" ya da "bağışla məni" kimi iki sözlük sözlər bir çox şəklə girə bilər. Üzr istəmək üçün onlarla üsula sahib olduqlarını ifadə edən Alyona: "Lakin hər üsulun müştərinin öz tərəfindən hazırlanmasını və ya reallaşdırılmasını tövsiyə edirik. Ayrıca məktub kartı, oyuncaqlar, şar və çiçək də göndəririk." şəklində məlumat verdi.

1 dollara üzr istəmə mesajlı məktub kartı göndərən xidmət 30 dollar qarşılığında isə mesajı biri tərəfindən şifahi olaraq çatdırır. Əgər bu yetərli olmursa, daha çox pul verərək gülməli geyim geyinən kloun tərəfindən mesaj dilə gətirilə bilir.

Bəziləri bu üsulu bəyənməyə bilər, ancaq xidməti istifadə edən vətəndaşlar onu çox tərifləyir.
Xidmətin köhnə müştərilərindən biri olan Aleksandr, təcrübəsini: "Bu xidmətə mən müraciət etdim. Sevgilimlə 2 həftə idi ki, dalaşmışdıq küsülü idik. Görəsən nə edə bilərəm düşüncəsiylə internetdə axtarış etdim və "Üzr istəmə xidməti"nin reklamına rast gəldim. Dərhal müraciət etdim. Sevgilim də bu cür şeyləri sevir." deyə izah etdi.

"Üzr istəmə xidməti" yalnız qazanc qapısı deyil, ayrıca çarəsiz cütlüklərin barışması üçün son şans qapısı xüsusiyyətini daşıyır.

Bunlardan biri olan Vladimir Sorokin: "Həyat yoldaşımın, həyatımın ən əhəmiyyətli parçası olduğunu fərq etməmişdim. Bunu, ancaq onu itirdiyim zaman anladım. Aramızı düzəldə biləcəyimizi düşünmüşdüm. Ancaq yolunu tapa bilmirdim. Qəzetdə "Üzr istəmə xidməti" ilə əlaqədar xəbər oxudum və birbaşa bura gəldim." dedi.

Pisxoloq Nadejda Kuzmina: "Məncə bu cür xidmətlər daha çox insanların duyğularını dilə gətirməyə çəkindiklərini, utandıqlarını göstəri. Bu əsl elə insanlar üçündür" deyə cavab verdi.

mənbə: mix.az

OXŞAR XƏBƏRLƏR