Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur.
Bu haqda AZXEBER.COM-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir:
"Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır. Bu da təbii olaraq tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur”.
A.Nəcəfli deyib ki, yollar bu bağlasa belə qurum tərəfindən lazımi tədbirlər görüləcək:
"Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir”.
"Azəravtoyol” rəsmisi xüsusi olaraq aidiyyəti qurumların qışa hazır olduğunu diqqətə çatdırıb:
"Sürücülərimiz də hazır olsalar yaxşı olar, yollarda vəziyyət normal olar”.