DİQQƏT! Bu axşam Bakıda internet problemi olacaq

DİQQƏT! Bu axşam Bakıda internet problemi olacaq
SOSİAL
17:24 21.11.2019
20034
Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, şirkətdən "APA-Economics"ə verilən məlumatda bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR