DİQQƏT! - Bu yollarda görmə məsafəsi məhdudlaşacaq

DİQQƏT! - Bu yollarda görmə məsafəsi məhdudlaşacaq
SOSİAL
21:08 18.02.2023
166

Fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR