DİQQƏT! Cennifer Lopesin Bakıdakı çıxışı üçün biletlər satışa çıxarıldı
MAQAZİN
16:26 16.04.2012
2818
Məşhur müğənni Cennifer Lopes sentyabrın 22-də Azərbaycanda 17 yaşadək qadın futbolçular arasında start götürəcək dünya çempionatının açılış mərasimində çıxış edəcək.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın estrada ulduzunun ölkəmizdə ilk çıxışı olacaq. Çempionatın Yerli Təşkilat Komitəsi açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək. Açılış mərasiminin biletləri aprelin 16-dan satışa çıxarılıb. Biletləri çempionatın https://www.fifa.com/Azerbaijan2012 rəsmi internet səhifəsindən əldə etmək olar.