Firefox və Chrome brauzerlərinin əlavəsi kimi yayılan virus kompüterə düşən kimi "Facebook"a qoşulmanı nəzarətə alır, sonra konfiqurasiya faylını yükləyir və istifadəçinin xəbəri olmadan brauzerə komandalar verir.Virus istifadəçinin adından onun profili vasitəsilə statuslar, fotolar yayır, qruplara qoşulur, hətta istifadəçinin "dost"ları ilə çata qoşulur.Microsoft mütəxəssisləri bildirirlər ki, virus Braziliyada yayılmağa başlayıb. Virusdan qorunmaq üçün ekspertlər kompüteri antivirus proqramı vasitəsilə skanlaşdırmağı, habelə sosial şəbəkələrdəki parolları dəyişməyi məsləhət biliblər.