DİQQƏT! Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

DİQQƏT! Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq
SOSİAL
19:36 08.05.2019
3349

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR