Direktor: "Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil"

Direktor: "Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil"
SOSİAL
13:57 08.04.2019
5132
"Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.

Bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.

O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: "Hacı Nuran ümumiyyətlə, burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun qucağında şəkil çəkdirdiyi  körpə 10 milyonuncu sakin deyil”.
OXŞAR XƏBƏRLƏR