Direktor vəzifəsindən kənarlaşdırıldı, barəsində cinayət işi açıldı

SOSİAL
12:25 20.05.2016
3453
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Mərkəzdən deyiblər ki, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir.
A.Əlibəyovun vəzifəsindən kənarlaşdırılmasına səbəb barəsində cinayət işi başlanmasıdır.
Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
///publika.az

OXŞAR XƏBƏRLƏR