Direktorun oğlu velosipedçini vurub öldürdü

Direktorun oğlu velosipedçini vurub öldürdü
SOSİAL
14:34 18.11.2022
311
Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, qəzanı törədən Elvin Ömərov Zaqatala rayonu, 3-cü Tala kənd orta məktəbinin direktoru Alimə Qurbanovanın (Ömərova) oğludur.

E.Ömərovun dayısı Habil Qurbanov isə YAP-ın Zaqatala rayon təşkilatının sədridir.

Qəzanın dəqiq başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR