"Dırnağını çəkib, "toka" veriblər" - Nərminin qətlinin sirr pərdəsi aralanır

"Dırnağını çəkib, "toka" veriblər" - Nərminin qətlinin sirr pərdəsi aralanır
SOSİAL
00:17 14.04.2022
888

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda Nərminin yanan cəsədini söndürən vaxt oradan taksi ilə keçən Qaratel Orucova dindirilib.

Şahid deyib ki, həmin vaxt taksi ilə rayondan kəndə gəlirmiş.Onun cəsədin yandığını görməsi haqqında məlumataı poisə yanğını söndürən Murad Süleymanov deyib.

 "Evə çatandan sonra ərim dedi ki, kənd camaatı danışır ki, Nərminin meyitini tapıblar. Sonra taksi sürücüsünü nömrə əsasında müəyyənləşdirib gətirmişdilər. Bizi meyitin yanında üzləşdirdilər. Meyit tanınmaz vəziyyətdə idi. Açığını desəm böyük idi, uşaq meyitinə oxşamırdı. Heç bir yerindən kimliyini tanımaq mümkün deyildi”.

Şahidin sözlərinə görə, Nərmin itkin düşən vaxt anası Aynurə İsmayılova deyirmiş ki, əri Şərif Quliyev uşağı zorla evdən göndərib:

 

"Aynurəni həmin vaxt yolda görmüşdüm. Bu barədə də elə onda danışdıq. Deyirdi ki, atası Nərmini əmisigilə zorla göndərib, getmək istəmirdi. Aynurənin anası Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Məhkəmədə İlkin Süleymanovun bacısı İlhamə Süleymanova da ifadə verib.

Şahid bildirib ki, qardaşı şübhəli şəxs kimi saxlanılandan sonra polislər onları zorla evdən çıxarıb yoxlama aparıblar:

"Saat 9-da polislər evimizə gəldilər. Əlavə evi, hamamı, həyətdəki damı soruşdular. Qışda orda qalmasaq da dəfələrlə istifadə etmişik. Oradan meyvə-tərəvəz götürmüşəm. Dekabrda həmin evdə oğlum qalxıb qardaşımın kostyumunu geyinib. Nərmin saxlandığı deyilən otaqdan götürmüşdü. Ayın 10-da polis rəisi və komandası bizi zorla evdən çıxardı. Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım dedi ki, bizi şöbəyə apardılar ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidi. Bizi polis şöbəsinə apardılar. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala, 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar".

Təqsirləndirlilən şəxsin bacısı ifadəsində deyib ki, polislər qardaşına ailəsinin ondan imtina etdiyini deyiblər:

"İlkinə deyiblər ki, ailən səndən imtina edib. Sənə görə evdən çıxıb gediblər. İlkin deyirdi ki, istəyirdim özümüzünkülərdən kimisə görüm, başıma gələnləri qışqırım deyim. Dırnağını çəkməkdən tutumuş, toka vurmaq, ayaqlarına dubinka ilə vurmaq, başına qazan keçirib, dubinka ilə vurublar”.

Şərif Quliyevin spirtli içki aludəçisi olduğunu deyən İlhamə Süleymanovanın sözlərinə görə, o, içkiyə görə ailə üzvlərini də incidib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı
14:39 01.09.2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
14:35 01.09.2025
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?
14:23 01.09.2025
Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
14:19 01.09.2025
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
Dünyada ilk dəfə donuzdan insana ağciyər transplantasiyası həyata keçirilib
14:15 01.09.2025
Dünyada ilk dəfə donuzdan insana ağciyər transplantasiyası həyata keçirilib
Tiencində "ŞƏT plyus" formatında görüş keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
14:14 01.09.2025
Tiencində "ŞƏT plyus" formatında görüş keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA