Dırnaq boyası qurutma aparatlarında gizli təhlükə - Xərçəngə səbəb ola bilər

SAĞLAMLIQ
13:39 31.01.2023
680
Mütəxəssislər son illərdə xüsusilə populyarlaşan dırnaq boyası quruducuları üçün xəbərdarlıq ediblər.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, ultrabənövşəyi qurutma cihazları xərçəngə səbəb ola bilər.

"Nature Communications” jurnalında dərc olunan tədqiqatın müəllifləri xəbərdarlıq edir:

"Nəticələrimiz qəti şəkildə göstərir ki, boya qurutma aparatlarının yaydığı radiasiya əl xərçənginə səbəb ola bilər. Solarizasiya çarpayılarına bənzər UV dırnaq boyası quruducuları erkən başlanğıc dəri xərçəngi riskini artıra bilər”.

Mütəxəssislərin narahatedici xəbərdarlığının ən böyük səbəbi bu cihazların onlayn alış-veriş saytlarında da satılmasıdır.

Ayşən


 

OXŞAR XƏBƏRLƏR