Qadın diş ağrısı şikayəti ilə xəstəxanaya gedib, lakin xəstəliyini öyrənəndən sonra dəfnini planlaşdırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyada yaşayan 29 yaşlı Emma Vebster diş ağrısından əziyyət çəkdikdən sonra xəstəxanaya gedib. İlk olaraq kanal müalicəsi alan qadın daha sonra beyin xərçəngi olduğunu öyrənib və ətraflı müayinələrdə həyatının ən böyük şokunu yaşayıb.
Testlərdən sonra həyatının şokunu yaşayan qadın o müddətdə yalnız oğlunun onsuz nə edəcəyini düşündüyünü bildirib.
Əməliyyatdan sonra zəifləyən qadının təkcə baş ağrıları qaldığı məlum olub.
Ayşən