Diş ağrısını tez zamanda kəsən təbii üsul tapıldı

MARAQLI
13:31 10.07.2024
484
Diş ağrısı zamanı ağrıkəsicilər təsirsizdirsə, təbii üsulla ağrıdan xilas ola bilərsiniz.

AZXEBER.COM Türkiyə mediasına istinadən həmin üsulu təqdim edir.

Diş əti xəstəlikləri, diş çürüməsi kimi şərtlərdə ortaya çıxan diş ağrısı həyat keyfiyyətini ciddi şəkildə aşağı salan bir vəziyyətdir. 

Diş ağrısı yarandıqda ağrıkəsicilər təsirli bir həll olmaya bilər.
Bu proses bir anda baş verir və ağrılı olur. 

Diş ağrısından təbii yolla xilas olmaq üçün bu qarışımı düzəldin: 

Ləvazimatlar:
1 çay qaşığı duz, 1 xörək qaşığı sirkə, 1 çay qaşığı bal, 3 diş sarımsaq.

Hazırlanması: 
Əvvəlcə sarımsağı soyun və yaxşıca əzin. Sonra sarımsağa sirkə əlavə edib qarışdırın. Sonra qarışığa bal və duz əlavə edin. Qarışıq tamamilə homojen olana qədər qarışdırmağa davam edin. Qarışımdan bir çay qaşığı götürün və ağrıyan dişinizin olduğu yerə çəkin. Qarışımı bir müddət dişinizdə saxlasanız, ağrının azaldığına şahid olacaqsınız.

Oksana

OXŞAR XƏBƏRLƏR