Diş çöpünü yeyən kişi öldü

DÜNYA
18:22 16.05.2013
1507
İsveçdə bir kişinin sendviçi səhvən üzərinəki diş təmizıləmə çöpü ilə yeməsi onun ölümü ilə nəticələndi. Məlumata görə, bufetdən aldığı sendviçi yeyərkən xəbəri olmadan çöpü də udan kişi boğazında hiss etdiyi narahatlıq səbəbindən həkimə gedib. Həkimlər isə boğazında heç nə tapa bilmədikləri 60 yaşlı kişini evə göndəriblər.Qeyd edək ki, nəfəs borusu deşilən kişinin boğazında bir müddət sonra irinləmə başlayıb. Hadisədən 10 gün sonra yenidən həkimə gedən kişi dərhal əməliyyata alınsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR