Hazırda cəmiyyətdə ən çox yayılmış xəstəliklərdən biri diş əti xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatında qeyd olunur ki, hər üç adamdan biri bu xəstəlikdən əziyyət çəkir.
AZXEBER.COM diş əti xəstəliyi və onun aradan qaldırılması yolları ilə bağlı "Buta Dent”in uzman stomotoloqları Səhər Hefzollesan və Ehsan Hefzollesandan münasibət öyrənib.
Portalımıza açıqlamasında uzman stomotoloqlar bildirir ki, diş əti xəstəlikləri arasında ən geniş yayılmışı gingivit (diş əti iltihabı) və periodontitdir (diş yuvasının iltihablanması):
"Qinqivit geniş yayılmış diş əti iltihabının erkən mərhələsidir. Əgər sizin diş ətiniz şişibsə, qızarıbsa və siz dişləri təmizlədikdə onlar asan qanamağa başlayırsa, sizdə, qinqivit olması ehtimal edilir. Qinqivitin inkişafı ağrı hissləri ilə müşayiət olunmur, buna görə onun əlamətlərini hiss etməmək olar”.
"Parodontit dişi tutan sümükdə, yəni çənə sümüyündə ortaya çıxan – çənə sümüyü xəstəliyidir” deyən türk mütəxəssislərin sözlərinə görə, bu xəstəliyə münasibətdə xüsusilə diqqətli olmaq lazımdır:
"Diş daşı yemək artıqları, tüpürcək artıqları, qara çay və siqaretin birləşməsindəki bəzi maddələr, xüsusilə də bakteriyalar bunların hamısı birdən dişətini, dişi əvvəl iltihablandırır, sonradan isə çənə sümüyünə qədər çürüdür”.
Xatırladaq ki, hazırda ölkəmizdə stomatologiyanın digər istiqamətləri ilə məşğul olan həkimlər kifayət qədər olsa da, diş əti xəstəlikləri ilə çox az sayda mütəxəssis məşğul olur. Bu səbəbdən soydaşlarımız diş əti xəstəliklərinin müalicəsində geniş seçim imkanı əldə edə bilmirlər.
"Buta Dent”in uzman stomotoloqları Səhər Hefzollesan və Ehsan Hefzollesan müasir Avropa protokollarına uyğun olaraq diş əti xəstəliklərini heç bir ağrı, diskomfort olmadan müayinə və müalicə edirlər. Xəstələr illərdir onları narahat edən, gələcəkdə digər ağır fəsadlara yol aça bilən problemdən birdəfəlik xilas olurlar.
Dişləri qorumaq onları qoruyan orqanların vəziyyətindən bilavasitə asılıdır. Əgər diş əti və çənə nə qədər sağlam olarsa, dişlər də bir o qədər sağlam olur!
"Buta Dent”in uzman stomotoloqları Səhər Hefzollesan və Ehsan Hefzollesanun qəbuluna yazılmaq istəyən xəstələrin öncədən qeydiyyatdan keçməsi xahiş olunur.
Əlaqə telefonu: (055) 479-90-44
İnstagram: https://www.instagram.com/butadent/
Facebook: https://www.facebook.com/butadent/