Dişlərin hər zaman sağlam olması üçün ağız və diş baxımı ilə yanaşı qəbul edilən qidalara da diqqət yetirilməlidir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli Diş Həkimi Özlem Aylıkçı mövzu haqqında məlumat verib:
"Alma, yerkökü və kərəviz kimi meyvələr və tərəvəzlər təbii diş fırçası rolunu oynayır, dişlərinizdə qida qalıqlarını və lövhəni təmizləyir və nəfəsinizi təzələyir.
Kivi, tam C vitamini mənbəyidir. Tərkibində ən çox C vitamini olan meyvədir. C vitamininin diş əti sağlamlığı üçün əhəmiyyətini bilirik. C vitamini ilə zəngin qidalar qəbul etdikdə diş ətinizdəki kollagen quruluş güclənir və diş əti xəstəliklərindən qorunursunuz.
Soğanın antimikrobiyal, antibakterial və antioksidant xüsusiyyətləri sübut edilmişdir. Çürüklərə səbəb olan, diş səthində böyüyən bakteriyaların yaratdığı turşudur.
Gündəlik qida rasionunuza yaşıl soğan əlavə etməklə bu kiçik mikroblarla mübarizədə əlinizi gücləndirə bilərsiniz".
Oksana