Diskvalifikasiya olunmuş Avroviziya iştirakçısı ittihamlarla üzləşəcək

Diskvalifikasiya olunmuş Avroviziya iştirakçısı ittihamlarla üzləşəcək
DÜNYA
12:12 15.05.2024
117
Hollandiyanı Avroviziya 2024-də təmsil edən müğənni Joost Klein müsabiqənin finalından diskvalifikasiya edilib.

AZXEBER.COM xəbər verir ki, səbəb prodüser qrupunun qadın üzvü ilə bağlı "kulis insident” kimi izah edilib.

Qeyd olunub ki, 26 yaşlı Klein İsveçin Malmö şəhərində keçirilən yarışdan kənarlaşdırılmazdan əvvəl İsrail nümayəndə heyəti ilə münaqişə edib.

Bildirilib ki, Klein təhdidlə ittiham oluna bilər və günahı sübuta yetirilərsə, onu cərimə gözləyir.

Məlum olub ki, istintaq başa çatıb, qərar elan olunacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR